Sumqayıt şəhərində kanalizasiya quyusuna düşən şəxsi xilas etmək istəyən 6 FHN əməkdaşından biri dünyasını dəyişib. 

Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanası reanimasiya şöbəsindən unikal.org-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyi(FHN) Sumqayıt Regional Mərkəzinin həmin şəxsi xilas etmək üçün quyuya düşən 5 əməkdaşı qazdan zəhərlənib. 

Nəticədə iki nəfər boğularaq dünyasını dəyişib və daha 4 əməkdaşı isə xəstəxanaya yerləşdirilib. 

Hazırda xəstəxanaya yerləşdirilən FHN əməkdaşlarından ikisinin adı məlum olub. Onlardan biri Ayaz və Namiq Əhmədovdur. Hazırda E.Allahverdiyevin vəziyəti ağırlaşıb.

16:33

Qazdan zəhərlənən FHN əməkdaşları təcili Bakıya gətirilir.

16:51
Sumqayıt şəhər prokuroru Sərdar İmanov hadisə yerinə gəlib və xəstəxanaya baxış keçirib. 

17:00

Hadisə zamanı zəhərlənən daha 2 FHN əməkdaşının adı bilinib.Bunlar Zöhrab Bağırov, Natiq Memmedovdur.  Hazırda N.Məmmədovun da vəziyəti ağır olduğundan Bakıya göndərilir. 

17:15
Dünyasını dəyişən FHN işçisinin adı Ruslan Məmmədovdur.

17:24
Fövqəladə Hallar Nazirliyi Sumqayıtda baş verən faciəli hadisə ilə bağlı məlumat yayıb.

Unikal.org FHN-nin saytına istinadən xəbərinə görə, bu gün saat 14:16-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərindəki 76-cı məhəllədə kanalizasiya quyusuna bir nəfərin düşməsi haqqında məlumat daxil olub. FHN Sumqayıt Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.

Quyuya düşmüş vətəndaşın meyiti xilasedicilər tərəfindən çıxarılıb, lakin baş vermiş bədbəxt hadisə nəticəsində əməkdaşlardan bir nəfəri həlak olub, üç nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Unikal.org hadisə yerindən fotoları təqdim edir.