Bakıda dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas edilib.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Qaradağ rayonu ərazisində baş verib.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə məlumat daxil olandan sonra xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar. Onlar vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.