Xəbər verdiyimiz kimi, bu ilin 19 may tarixində Azərbaycanda xeyriyyə məqsədi ilə "HƏYAT Fondu yaradılıb. Fondun təsisçisi, məşhur aparıcı Hacı Nuran Hüseynovdur. Fondun əsas məqsədi ehtiyacı olan xəstələrə kömək etməkdir. Fond haqqında daha ətraflı məlumatı www.hayatfondu.az saytından daha ətraflı öyrənə bilərsiniz. Kömək etmək istəyən şəxslər istənilən mobil operatordan "999 qısa nömrəsinə zəng edib, "0 düyməsini yığmaqla 50 qəpik, 5 və 9 rəqəmini seçməklə 9 manat yardım edə biləcəklər. Yardımsevər insanların ianəsi hesabına maliyyələşən "Həyat Fondu"eyni zamanda poçt, bank, E-pay vasitəsi ilə köçürmə etmək mümkündür.

Fond haqqında məlumat unikal.org-da yayımlandıqdan sonra hər gün 10-larla insan saytımıza müraciət edir. Onlardan bəziləri Fonddan yardım istəyir, bəziləri də buraya necə kömək etmələri barədə bizdən məlumat əldə etmək üçün soruşurlar.

Unikal.org-a bu dəfə Bakıda fəaliyyət göstərən taksi sürücüləri müraciət edib. Onlar Fonda ianə etmələri üçün bizdən məlumat öyrəniblər. Bakı şəhər Səbail rayonu Rəsul Rza və Xəqani küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücülər bildiriblər ki, öz istəkiləri əsasında "Həyat Fonduna dəstək olmaq istəyirlər. Onlar deyirlər ki, aylıq imkanları çatdığı qədər Fonda ianə verəcəklər. Fonda hər ay yardım edəcək taksi sürücülərinin siyahısını sizlərə təqdim edirik:

Musayev Zülfi,
Əmiraslanov Eyyub,
Süleymanov Hidayət,
Mehbalıyev Ədalət,
Vaizidust Merhemet ,
Əliyev İsmayıl,
Aliyev Cavidan,
Həsənov Etibar,
Məmmədtağıyev İbrahim,
Həmzəyev Nazim ,
Mubariz,
Nail Oktay.

Hörmətlə taksi sürücüləri!