Gəncə şəhərində 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org-un məlumatına görə, "Report"un Qərb bürosu xəbər verir ki, hadisə Gəncə şəhəri, Nizami Gəncəvi prospektində qeydə alınıb.

Qəza zamanı Əliyev Anar Mirnovruz oğlunun sükanı arxasında olduğu "20-DB-687" dövlət qeydiyyat nişanlı "Chevrolet" markalı minik maşını idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılıb. Nəticədə bir ailənin 6 üzvü - ər-arvad, nənə və üç nəvə xəsarət alıb. Uşaqlardan biri azyaşlıdır.