Bakının Binəqədi rayonunda mağazadan oğurluq olub.

Unikal.org xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində baş verib.

Belə ki, qəsəbənin məhəllə 5057/68 ünvanında yerləşən mağazadakı seyfdən 2500 manat və kassa aparatı oğurlanıb. Qeyd edək ki, mağaza Ağdaş rayon sakini, 1996-cı il təvəllüdlü Məhəmməd Abdullayevə məxsusdur.

Faktla bağlı araşdırma aparılır.