Bakı şəhərində itkin düşmüş qadın tapılıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki,  Bakı sakini, 1939-cu il təvəllüdlü Hacıyeva Rəna Ruhulla qızı yaşadığı evdən mağazaya getmək adı ilə çıxıb və geri qayıtmayıb. Onun ailə üzvləri 41-ci Polis Bölməsinə müraciət ediblər. R. Hacıyeva iyunun 30-da tapılıb.