Cəlilabadda iki avtomobil toqquşub.

Unikal.org apa-ya istinadən məlumata görə, hadisə Ələt -Astara yolunda Cəlilabad Diaqnostika Mərkəzinin yaxınlığında qeydə alınıb.

"VAZ-2106 markalı minik avtomobili ilə "Mercedes" markalı minik avtomobili toqquşub. Nəticədə "VAZ-2106-nın sərnişini, Cəlilabadın Muğanlı kənd sakini 1995-ci il təvəllüdlü Əmənov Elmar Əlövsət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Cəlilabad rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən E. Əmənovun vəziyyətinin ağır olduğu bildirilir.

Fakt bağlı araşdırma aparılır.