Bu gün Bakı metrosunun "Elmlər Akademiyası" stansiyasında qatarın altında qalan şəxs vəfat edib. 

Unikal.org lent.az-a istinadən xəbər verir ki, saat 12:30 radələrində bədbəxt hadisə nəticəsində qatarın altına yıxılan 1934-cü il təvəllüdlü Xəlilov Səyyad Şirin oğlu həkimlərin səyinə baxmayaraq ölüb.

Qeyd edək ki, bu gün Bakı metrosunda faciəvi hadisə baş verib. 65-70 yaşlı kişi metronun "Elmlər Akademiyası" stansiyasında platformada olarkən relslərin üzərinə yıxılıb. Hadisə qatar platformaya daxil olarkən baş verib və həmin şəxs huşsuz vəziyyətdə relslərin üzərindən götürülüb.

Stansiyaya təcili tibbi yardım briqadası gəlib. Üzərindən çıxan sənədlər əsasında məlum olub ki, həmin şəxs 83 yaşlı Səyyad Xəlilovdur. Onun özünü qəsdən qatarın altına atması və ya bədbəxt hadisə nəticəsində yıxılması kamera görüntüləri araşdırılandan sonra dəqiqləşəcək.