Bu gecə Fövqəladə Hallar Nazirliyinə 3 hadisə ilə bağlı müraciət edilib.

FHN-dən unikal.org-a verilən məlumata görə, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 02:25-də başa çatmışdır;

Qazax rayonu, N.Nərimanov qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 90 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 40 m2 sahədə və içərisinə yığılmış 3 ton ot bağlamasının 1 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şabran rayonu, Leyti kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 96 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.