Tovuz sakini ağacdan yığılaraq xəsarət alıb. 

Unikal.org apa-ya isinadən xəbər verir ki, rayonun Yuxarı Öysüzlü kənd sakini 1961-ci il təvəllüdlü Namazova Nazilə Zirəddin qızı həyətindəki ağacdan gilas yığarkən hündürlükdən yerə yıxılıb. 

Xəsarət alan qadın Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona çanaq sümüyünün sınığı diaqnozu qoyulub, vəziyyətinin orta ağır olduğu bildirilir.