Ucarda qəza nəticəsində yaralananların adları məlum olub.

Unikal.org report-a istinadən xəbər verir ki, "Fiat" və "Kia" markalı minik avtomobillərinin toqquşması nəticəsində birinci maşının sürücüsü, 1994-cü il təvəllüdlü Qurbanov Emin Akif oğlu, həmçinin sərnişin və ya sürücü olduğu hələlik bilinməyən 1994-cü il təvəllüdlü Həsənov İlqar Behbud oğlu xəsarət alıb.

19:40

Ucar rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.orgreport-a istinadən xəbər verir ki, hadisə 19:00 radələrində iki minik avtomobilinin toqquşması nəticəsində qeydə alınıb.

Qəza nəticəsində xəsarət alan şəxslər dərhal Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, hazırda xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.