Ucar rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə 19:00 radələrində iki minik avtomobilinin toqquşması nəticəsində qeydə alınıb.

Qəza nəticəsində xəsarət alan şəxslər dərhal Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, hazırda xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.