Türkiyənin Qaradəniz Texniki Universitetinin Stomotologiya fakültəsində kimya dərsi zamanı baş verən partlayış nəticəsində Azərbaycan vətəndaşı olan tələbə qızın üzü faciəvi şəkildə yanıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, kolbanın içərsində olan yandırıcı maddə Azərbaycan vətəndaşının üzünə sıçrayıb və onun üzündə ciddi yanıqlar əmələ gəlib.

Tələbə yoldaşları onu xəstəxanaya aparıblar.

Hadisə ilə bağlı istintaq aparılır.