Samux rayonunda su kanalında aşkarlanan meyitin şəxsiyyəti müəyyənləşdirilib.

Unikal.org report-a istinadən xəbər verir ki, aparılan araşdırmalardan sonra meyitin Gəncə şəhər sakini, 1999-cu il təvəllüdlü Dilənçiyev Əli Qulu oğluna məxsus olduğu məlum olub.

Üzərində zorakılıq əlaməti olmayan Ə.Dilənçiyevin hansı şəraitdə su kanalına düşməsi araşdırılır.