Bakıda döyülmə hadisəsi baş verib.

Unikal.org report-a xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Belə ki, Qənbər Vəzirov küçəsində yerləşən fərdi yaşayış evlərindən birində ailə münaqişəsi zəminində mübahisə baş verib. Mübahisə dava ilə sonuclanıb. Nəticədə 1971-ci il təvəllüdlü Yusifov Rasim Həşim oğlu baldızları və xalaları tərəfindən döyülüb.

O, xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Fakt araşdırılır.