Göygöl rayonunda Şəmkir sakinləri döyülüb.

Unikal.org-un apa-ya verdiyi məlumata görə, hadisə yerli kafelərin birində baş verib.

Şəmkir rayon sakinləri - 1983-cü il təvəllüdlü Rəhimov Yusif Ələkbər oğlu və həmyaşıdı Əliyev Zülfüqar Abbas oğlu ağır bədən xəsarətləri ilə Şəmkir rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Xəsarət alan şəxslər bildiriblər ki, onlar Bakıdan rayona gedərkən, yol kənarında olan kafelərin birində çay içmək istəyiblər. Onların bir neçə nəfərlə davası düşüb. Dava zamanı Y. Rəhimov və Z. Əliyev döyülərək ağır xəsarət alıblar. Xəsarət alan şəxslər əvvəlcə Gəncəyə, oradan Göygölə, sonra isə Şəmkir rayon Mərkəzi xəstəxanasına aparılıblar.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.