Biləsuvar şəhərində vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 62 m2 sahədə və dam örtüyü 60 m2 sahədə yanıb.

Unikal.org-un FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı 1 azyaşlı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.