Abşeron rayonunda vətəndaşa məxsus sexdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, rayonun Hökməli qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 750 kv.m olan sexin içərisinndə 100 kv.m sahədə taxta tullantıları və 120 kv.m sahədə tavan yanıb.

Sexin qalan hissəsi və dəzgahlar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.