Bakıda 7 yaşlı qızı zorlayan 58 yaşlı kişi hakim qarşısına çıxarıldı
Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlının zorlamaqda təqsirli bilinən 1956-cı il təvəllüdlü Yaşar Yusifovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə baxışı oktyabrın 27-nə təyin olunub.
Qeyd edək ki, bu ilin iyunun 14-də saat 01:00 radələrində paytaxtın Binəqədi rayonunda kirayədə yaşayan 1956-cı il təvəllüdlü Yusifov Yaşar Bəhlul oğlu sərxoş vəziyyətdə yaşadığı evin həyətində kirayədə yaşayan Lalə Cəfərovanın (ad və soyad şərtidir) evinə daxil olub.
58 yaşlı kişi Lalə Cəfərovanın 2007-ci il təvəllüdlü qızı Leylanın (ad şərtidir) evdə köməksiz vəziyyətdə tək olmasından istifadə edərək ona xəsarətlə müşayiət olunan zor tətbiq edib. O, daha sonra 7 yaşlı qızla cinsi əlaqədə olub.
Yaşar Yusifov Cinayət Məcəlləsinin 149.3.3-cü (zorlama, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham edilir(Lent.az).
Digər Xəbərlər
2024-04-26 20:54:31
2024-04-26 18:58:51
2024-04-26 14:32:31
2024-04-26 10:12:08
2024-04-26 08:35:47
2024-04-25 18:46:50
2024-04-25 18:42:32
2024-04-25 15:33:42
2024-04-25 09:45:19
2024-04-25 09:30:43
2024-04-24 19:23:53
2024-04-24 10:17:43
2024-04-24 09:38:54
2024-04-23 20:02:44
2024-04-23 18:10:42
2024-04-23 16:48:57
2024-04-23 15:48:33
2024-04-23 14:30:49