Rusiya sərhədçiləri Ermənistan-Azərbaycan sərhədinə Paşinyanın xahişi ilə yerləşdirilib.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin deyib.

Onun sözlərinə görə, Ermənistanın baş naziri 2020-ci ildə Azərbaycanla sərhəddə müşahidə postlarının yerləşdirilməsini şəxsən xahiş edib.

Kopirkinin qeyd edib ki, erməni tərəfi heç vaxt Rusiya müşahidə məntəqələrinin yerləşdirilməsini qanuniləşdirmək qərarına gəlməyib.

Ağarza Elçinoğlu