Tailandda Rayonq əyalətində sənaye tikinti meydançasında qüllə kranının aşması nəticəsində 7 nəfər həlak olub.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, ölənlər arasında altı Myanma və bir Çin vətəndaşı var.

İşçilər işəgötürəndən hər ölən şəxsə görə 5 milyon bat (təxminən 140 min dollar) məbləğində təzminat ödəməsini tələb ediblər.

İşçilər israrla istəklərinin yerinə yetirilməsini istəyirlər və xilasedicilərin ölən şəxslərin cəsədlərini ərazidən çıxarmasına mane olurlar.

Polis danışıqlar aparmaq üçün hadisə yerinə gedib.