Abşeron-Xızı Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektoruna müdir təyin edilib.

"Unikal" xəbər verir ki, Kərimova Xumarə Fizuli qızı Abşeron-Xızı Regional Təhsil İdarəsində İnzibati təşkilat sektorunun müdiri vəzifəsinə təyin olunub. 

Xumarə Kərimova 2017-ci ildə Bakı Dövlət Universitetinin fizika müəllimliyi ixtisası üzrə bakalavr səviyyəsini, 2019-cu ildə həmin universitetin “İstilik fizikası və molekulyar fizika” ixtisaslaşması üzrə magistr səviyyəsini fərqlənmə diplomu ilə bitirib.

Əmək fəaliyyətinə dövlət qulluqçusu kimi başlayan X.Kərimova Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnsan Resursları Şöbəsində təcrübə proqramı keçib.