Ermənistanda ictimai multipleksin “RTR-PLANE” telekanalında yayımlanan “Vladimir Solovyovla axşam” və “Vladimir Solovyovla bazar axşamı” proqramları bloklanıb. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın sənaye və süksək texnologiyalar naziri Avet Poqosyan açıqlayıb. 

Nazirin sözlərinə görə, bu addım Ermənistan Televiziya və Radio Yayımları Şəbəkəsi tərəfindən "Ermənistan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında kütləvi telekommunikasiya sahəsində əməkdaşlıq haqqında” Sazişin 5 və 6-cı maddələrinə əsasən tətbiq edilib. 

Ağarza Elçinoğlu