Moskva yaxınlığındakı Krasnoqorskdakı "Crocus City Hall" konsert zalında terror aktını törədənlərin məskunlaşdığı yataqxana bağlanıb.

"Unikal" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Təqsirləndirilən şəxslər dindirilmə zamanı etiraf ediblər ki, onlar Moskvanın şimalında yerləşən bu binada terror aktından bir aydan az əvvəl yaşayıblar.

Həmin beş mərtəbəli binada hüquq idarəsi var. Bu idarənin əməkdaşı agentliyin müxbirinə yataqxananın bağlandığını bildirib.

Həmçinin saytlarda qeyd olunan hostelin əlaqə nömrələri işləmir. Telefonu heç kim qaldırmır.

Martın 22-də axşam saatlarında Moskva "Crocus City Hall" konsert zalında terror aktı baş verib. Piknik qrupunun çıxışından əvvəl silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Nəticədə 139 nəfər həlak olub.

Gülayə Mecid