Polşa Milli Prokurorluğu Daxili Təhlükəsizlik Xidmətinin (ABW) keçmiş ədliyyə naziri Zbiqnev Ziobronun Ədliyyə Nazirliyində korrupsiya iddiaları ilə bağlı ümummilli araşdırması çərçivəsində evinə basqın etdiyini açıqlayıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, prokuror Przemyslav Novak, ABW qruplarının keçmiş ədliyyə naziri Zbiqnev Ziobronun hakimiyyəti dövründə Ədliyyə Fondunun istifadəsində korrupsiya iddialarının araşdırılması çərçivəsində Ziobro və dörd keçmiş deputatın mülkləri də daxil olmaqla, ölkə daxilində bir çox yerdə axtarış apardıqlarını bildirib. 

Ölkə mətbuatında yer alan xəbərə görə, reydlər zamanı adı açıqlanmayan 4 nəfərin saxlanıldığı da bildirilir. 

Polşanın təhlükəsizlik xidmətləri koordinatorunun sözçüsü Jacek Dobrzynski mətbuata açıqlamasında ABW-nin axtarışlarının "dövlət məmurlarının səlahiyyətlərini aşması və vəzifələrini yerinə yetirməməsi" iddiaları ilə bağlı olduğu barədə məlumat paylaşıb. 

Yanvarın sonunda Polşada baş prokuror Adam Bodnar cinayət qurbanlarına yardım və cinayətkarların reabilitasiyası üçün yaradılmış Ədliyyə Fondunda korrupsiya iddialarını araşdırmaq üçün Milli Prokurorluqda istintaq qrupu yaradıb.  

Keçmiş ədliyyə naziri Ziobro 2015-2023-cü illərdə vəzifəsini icra edərkən Ədliyyə Fondundan siyasi məqsədlər üçün istifadə etməkdə ittiham edilib.