Aktyor Arnold Şvarsenegger ürəyindən əməliyyat olunub. 

"Unikal" xəbər verir ki, bu barədə Hollivud ulduzu “Men's Health”ə açıqlamasında deyib. 

Şvarsenegger bildirib ki, ona kardiostimulyator quraşdırılıb.

Aktyorun sözlərinə görə, əməliyyata görə ağır fiziki fəaliyyətini dayandırıb. Lakin o, bir aydan sonra məşqlərə qayıtmağı planlaşdırır.

Şvarsenegger ilk dəfə 1997-ci ildə ürək əməliyyatı keçirib. Aktyor 2018 və 2020-ci illərdə də oxşar əməliyyatlar keçirib.