İran İnqilab Məhkəməsi məşhur iranlı reper Tumac Salehini 2022-2023-cü illərdə ölkədə keçirilən kütləvi etirazlara dəstək verməkdə ittiham edərək edam cəzasına məhkum edib.

"Unikal" xəbər verir ki, bu barədə "Şərq" qəzeti məlumat yayıb.

Tumac Salehi mahnılarında 2022-ci ildə İranda Mahsa Aminin ölümü ilə başlayan aylarla davam edən etirazları dəstəkləyib. Reper ilk olaraq 2022-ci ilin oktyabrında ümummilli etirazları dəstəkləmək üçün açıq bəyanatlar verdikdən sonra həbs edilib.

2023-cü ildə o, altı il üç ay həbs cəzasına məhkum edilsə də, Ali Məhkəmənin çıxardığı ölüm hökmündən yayınıb.

"İsfaqan İnqilab Məhkəməsinin (mərkəzi şəhərin - red.) birinci şöbəsi görünməmiş şəkildə Ali Məhkəmənin qərarını yerinə yetirmədi... və Salehi ən ağır cəzaya məhkum etdi", -  reperin vəkili Əmir Rəisyan məlumat verib.

İranın məhkəmə sistemi hələ Salehinin hökmünü təsdiqləməyib. Məhkumun apellyasiya şikayəti vermək üçün 20 gün vaxtı var.

"Biz bu hökmdən mütləq apellyasiya şikayəti verəcəyik", - Raisyan bildirib.

Gülayə Mecid