"Azərbaycanda yaxın vaxtlarda parlament seçkiləri olacaq. Bu seçkilər bizim üçün çox mühümdür”.

"Unikal" xəbər verir ki, bunu Müsavat Partiyasının XI qurultayında partiyanın hazırkı başqanı Arif Hacılı deyib.

O, bütün seçki dairələri üzrə seçkilərdə iştirak edəcəklərini bildirib: "Müsavat Partiyası bu seçkilərdə iştirak etmək əzmindədir. Seçki komandaları hazırlanmalı, maliyyə fondlarının yaradılması barədə düşünməliyik. Seçkilərlə bağlı platforma layihəsi hazırdır. Seçkilərdə “Azadlıq, Ədalət, Hüquqi dövlət” şüarı ilə iştirak edəcəyik”.