Amerikanın Karolina ştatında qadın vanna otağında elektrik cərəyanı vuraraq qolunu itirib.

"Unikal" xəbər verir ki, bu barədə “The Sun” xəbər verib.

Belə ki,  Meri Uilson saçını fenlə qurutarkən qəfildən elektrik cərəyanı onu vurub. Qız huşunu itirərək yerə yıxılıb. 20 dəqiqə ərzində fendən isti hava axını onun əlini yandırıb.

Yaralı ziyarətə gələn dostu tərəfindən xilas edilib. Evə gələn təcili yardım avtomobili qızı xəstəxanaya çatdırıb. Onun qolundakı yanıq o qədər güclü olub ki, əzasını xilas etmək mümkün olmayıb. Nəticədə həkimlər Meri Uilsonun qolunun bir hissəsini amputasiya ediblər.