Martın 24-ü Rusiyada “Crocus City Hall”da baş vermiş terror aktı nəticəsində həlak olanların xatirəsi üçün milli matəm günüdür.

"Unikal" rus mətbuatına istinadən xəbər verir ki, ölkədə bayraqlar yarıya qədər endirilib. Rusiya Fövqəladə Hallar Nazirliyinin son məlumatına görə, terror aktı nəticəsində 133 nəfər (o cümlədən üç uşaq) həlak olub, 154 nəfər yaralanıb.

Terror aktının baş verdiyi "Crocus City Hall"a insanlar güllər və oyuncaqlar gətirərək qurbanların xatirəsini yad edir.