"Biz sülh haqqında çox danışmalıyıq, lakin unutmamalıyıq ki, bu, təkcə bizim qərarımızdan asılı deyil. Biz elə bir vəziyyət yaratmaq istəyirik ki, müharibə mümkünsüz olsun".

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Gümrüdə Mülki Müqavilə Partiyasının təşəbbüs qrupu ilə görüşündə deyib.

"Bizim siyasi məqsədimiz belədir: bu ölkə ətrafında elə bir vəziyyət yaratmaq ki, müharibə sadəcə qeyri-mümkün olsun. Bu, çox çətin məsələdir, hamımızın çox səbrə ehtiyacı var".