Rusiya bazar günü səhər saatlarında Polşanın hava məkanını pozaraq Ukraynanın qərbindəki hədəflərə qanadlı raket atıb.

"Unikal" xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələri məlumat yayıb. 

“Martın 24-ü səhər saatlarında  Rusiya Federasiyasının uzaqmənzilli aviasiyasının atdığı qanadlı raketlərdən biri Polşanın hava məkanını pozub. Obyekt Osyerdov şəhəri (Lüblin Voyevodalığı) yaxınlığında Polşa kosmosuna daxil olub və 39 saniyə orada qalıb. Uçuş boyu hərbi radar sistemləri tərəfindən müşahidə edilib”, - deyə məlumatda bildirilir. 

Bundan sonra Polşa Silahlı Qüvvələri Rusiya aviasiyasının fəaliyyəti səbəbindən F-16 qırıcı təyyarələrini havaya qaldırıb.