İndoneziya sahillərində 5,7 maqnitudada zəlzələ qeydə alınıb.

"Unikal" xəbər verir ki,  bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb. Qeyd edək ki, dünən də İndoneziyanın Sumatra adası sahillərində 5,3 maqnitudada zəlzələ qeydə alınıb.