Xəbər verdiyimiz kimi, bu gün Rusiyada “Crocus City Hall”da törədilən terror aktında həlak olanlar üçün milli matəm günüdür.

"Unikal" xəbər verir ki, Rusiya ilə yanaşı, Serbiya və Nikaraquada da martın 24-ü ümumrespublika matəm günü elan edilib.

"Serb Respublikasında matəm günü elan ediləcək. Biz bu yolla Moskvada terror aktı zamanı həlak olan günahsız insanların xatirəsini ehtiramla yad etmək, eləcə də dost Rusiya xalqı ilə həmrəyliyi ifadə etmək istərdik”, - deyə respublika rəhbəri Aleksandr Vuçiç deyib. 

Nikaraqua prezidenti Daniel Orteqanın imzaladığı bəyanatda deyilir ki, Nikaraqua rəhbərliyi “həmrəylik əlaməti, eləcə də Rusiyadan olan qardaşlarımızın həyatına son qoyan dəhşətli terror aktının rədd edilməsi və pislənməsi kimi” oxşar qərar qəbul edib.

"Dövlət bayrağı gün ərzində yarıya qədər dalğalanacaq. Bundan əlavə, ölkədə terror aktı qurbanlarının xatirəsinə həsr olunmuş tədbirlər keçiriləcək", - bəyanatda qeyd olunub.

Gülayə Mecid