“Crocus City Hall”a Rusiya Fövqəladə Hallar Nazirliyinin ağır texnikaları cəlb olunub  

"Unikal" xəbər verir ki, bu barədə nazirlik açıqlama yayıb. 

Bildirilib ki, ağır texnikaların köməyi ilə zədələnmiş strukturlar söküləcək və dağıntılar təmizlənəcək.

Həmçinin qeyd olunan digər məlumata görə, xilasedicilər kifayət qədər işıqlandırma olmadığına görə “Crocus”da fəaliyyəti dayandırıblar. Onların bazar günü səhər saatlarında axtarışlara davam edəcəyi deyilir. 

Ağarza Elçinoğlu