Sosial şəbəkələrdə AXCP Daşkəsən rayon şöbəsinin sədri Sahib Məmmədzadənin saxlanılması ilə bağlı məlumat yayılıb.

"Unikal" xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib. Qeyd olunub ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən S.Məmmədzadə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Fakta görə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.