“Neftçi” Azərbaycan Premyer Liqasının XXV turunda “Qarabağ”la keçiriləcək oyundan əvvəl zədəli futbolçuların son durumunu açıqlayıb.

Klubdan "Unikal"a verilən məlumata görə, fərdi olaraq hazırlıq keçən müdafiəçi Azər Əliyev fizioterapiya prosesindədir. Qapıçı Emil Balayev, eləcə də Fələstin millisində zədələnən yarımmüdafiəçi Ataa Caber isə bərpa və müalicə mərhələsini davam etdirir.

Qeyd edək ki, martın 3-də “Neftçi Arena”da oynanılacaq qarşılaşma saat 19:00-da start götürəcək.