FİFA mavi vərəqələrə qarşıdır.

"Unikal" xəbər verir ki, bunu qurumun prezidenti Canni İnfantino Qlazqoda keçirilən Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (İFAB) iclasında deyib.

Funksioner mavi vərəqənin tətbiq olunmasına razı deyil:

“Biz hər zaman ideya və təklifləri nəzərdən keçirməyə açığıq, amma təhlil etdikdən sonra başa düşürsən ki, ənənələrə hörmət qoyulmalıdır. Peşəkar futbolda mavi vərəqələrdən istifadə edilməyəcək. Bu, bizim üçün mövcud olmayan problemdir. Mavi vərəqə olmayacaq!”

Qeyd edək ki, bundan əvvəl mavi vərəqə cəzasını alan oyunçunun 10 dəqiqə matçdan uzaqlaşdırılması təklifi irəli sürülüb. Bu, daha çox taktiki qayda pozuntusu və hakimə etiraz edən futbolçulara göstərilməsi təklif olunub.