Nüfuzlu “FourFourTwo” nəşri tarixin ən yaxşı uelsli futbolçularının adlarını açıqlayıb.

"Unikal" xəbər verir ki, siyahıya Uels millisinin və İspaniyanın "Real Madrid" klubunun sabiq futbolçusu Qaret Beyl başçılıq edir.

İkinci sırada İngiltərənin "Lids Yunayted" və İtaliyanın "Yuventus" klublarındakı çıxışı ilə iz qoymuş keçmiş hücumçu Con Çarlz qərarlaşıb. İlk “üçlüy”ü isə uzun illər İngiltərənin “Liverpul” komandasının şərəfini qorumuş Yan Raş tamamlayır.