Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun növbəti oyunları keçiriləcək.

"Unikal" xəbər verir ki, günün ilk görüşü “Zirə” və “Turan Tovuz” komandaları arasında olacaq. Zirə İdman Kompleksindəki matç saat 16:00-da start götürəcək.

Günün növbəti oyunu isə Masazırda keçiriləcək. Burada “Sabah” “Araz-Naxçıvan”ı qəbul edəcək. “Bank Respublika Arena”sında oynanılacaq görüş 18:30-da başlayacaq.

Ötən gün turun açılış qarşılaşmasında “Kəpəz” səfərdə “Sumqayıt”ı 3:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, tura sabah keçiriləcək “Qəbələ” – “Səbail” və “Neftçi” – “Qarabağ” oyunları ilə yekun vurulacaq.