Futbol üzrə Əlcəzair millisinin yeni baş məşqçisi müəyyənləşib.

"Unikal" komandanın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu posta Vladimir Petkoviç gətirilib.

60 yaşlı bosniyalı mütəxəssisin son iş yeri 2022-ci ilin fevralında ayrıldığı Fransa təmsilçisi "Bordo" olub. Petkoviç daha əvvəl digər klublarda və İsveçrə millisində çalışıb.