Rusiyalı aktyor Oleq Arlaxov vəfat edib.

"Unikal" xəbər verir ki, aktyor 75 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Oleq teatrla yanaşı bir çox filmdə də rol alıb. O, “Balaca donqar at”da İvan, “Buratinonun sərgüzəştləri”ndə pişik Bazilio, “Zoluşka” və “Qar kraliçası”nda kral, “Kapitan” filmlərində Saveliç rollarını oynayıb.