Yanvarın 22-nə  Azərbaycandan Rusiyaya 3,6 milyon toyuq yumurtası daxil olub.

"Unikal" xəbər verir ki, bu barədə “Rosselxoznadzor” un saytındakı press-relizdə deyilir  .

Növbəti iki mal partiyası 20-21 yanvar həftəsonu Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə Rusiya Federasiyasına gətirilib. Tədarükün həcmi 612 min ədəd yeməli yumurta (36 ton) təşkil edib.

Rusiyada yumurta 2023-cü ildə 61,4% bahalaşıb . Malların qiymətlərini sabitləşdirmək üçün hökumət 1,2 milyard ədədə qədər tədarük həcmi üçün toyuq yumurtasına idxal rüsumunu sıfırlamağa qərar verib. Qaydalar 2024-cü il yanvarın 1-dən iyunun 30-dək qüvvədə olacaq.

Bu arada, "Rusprodsoyuz" sıfır rüsumdan sonra yumurtanın qiymətində ciddi azalma gözləmir. Logistikanı nəzərə alsaq, xarici təchizatçıların qiymətlərinin Rusiya qiymətlərindən aşağı olması ehtimalı azdır, Assosiasiyanın İdarə Heyətinin sədr müavini Dmitri Leonov qeyd edir .