İstanbul boğazı yelkənli qayıqların yarışı səbəbiylə gəmi nəqliyyatı üçün hər iki tərəfdən bağlanıb.

"Unikal" xəbər verir ki, bu barədə İstanbul Sahil Təhlükəsizliyi Baş İdarəsi açıqlayıb. 

"Boğaziçi Kuboku Yelkən Yarışı səbəbiylə (Bakı vaxtı ilə - red.) saat 09:00-dan etibarən Boğazın şimal-cənub gəmi trafikinə bağlandığı bildirilir", - deyə məlumatda qeyd olunub.

Ağarza Elçinoğlu