Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri ilk dəfə olaraq Rusiyanın hipersəsli "Kinjal" raketini vura bilib. 

"Unikal" xəbəer verir ki, bu barədə məlumatı Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşuk təsdiqləyib.

"Ukrayna xalqını bu tarixi hadisə münasibətilə təbrik edirəm. Bəli, unikal sayılan "Kinjal"ı vurduq", - deyə o yazıb.

Kiyevdəki stadiona düşən raketin qalıqları Ukrayna KİV-də dərc edilib. 

Ağarza Elçinoğlu