Ukrayna prezidenti Volodimir Zelenskinin ​​Avropa paytaxtlarına son səfəri zamanı silah tədarükü ilə bağlı yeni razılaşmalar əldə edilib. 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna liderinin ofisi açıqlayıb. 

"Sizə məmnuniyyətlə bildirmək istəyirəm ki, Helsinki və Haaqada aparılan danışıqlar nəticəsində biz quruda, havada və suda əsgərlərimiz üçün ciddi silah-sursat əldə etmişik. Bundan əlavə, biz NATO və Aİ ilə münasibətlərdə ciddi irəliləyiş əldə edə bilmişik", - deyə Zelenski səfərinin yekunlarını şərh edərkən bildirib.

Qeyd edək ki, Ukrayna prezidenti mayın 3-4-də Finlandiya və Hollandiyada səfərdə olub.

Ağarza Elçinoğlu