Lionel Messi Səudiyyə Ərəbistanına səfərə görə PSJ komanda yoldaşlarından üzr istəyib.

"Unikal" xəbər verir ki, futbolçunun videomüraciəti telegram kanallarında yayılıb.

Argentinalı Lorientlə oyundan sonra istirahət gününə ümid etdiyini və ləğv edə bilməyəcəyi bir səfər təşkil etdiyini söyləyib.

Mayın 3-də Fransanın "L'Equipe" jurnalı Paris Saint-Germain klubunun idmançının Səudiyyə Ərəbistanına getməsi səbəbindən onunla müqaviləni yeniləməmək qərarına gəldiyini yazıb. Futbolçunun iki həftəlik oyunlardan və məşqlərdən kənarlaşdırıldığı barədə də məlumat yayılıb.