ABŞ-ın Miçiqan ştatının Flint şəhərindəki dövlət məktəbləri silah zorakılığı səbəbindən bel çantalarını qadağan etmək qərarına gəlib.

"Unikal" xəbər verir ki, Flint şəhərinin təhsil şurasının yekdilliklə qəbul etdiyi qərar çərçivəsində dövlət məktəblərində kürək çantaları görünsə belə qadağan ediləcək.

Silah zorakılığının tez-tez baş verdiyi ABŞ-da keçən həftə Tennessi ştatında orta məktəb şagirdinin çantasındakı tapançadan təsadüfən açılan atəş nəticəsində sinifdə yaralananlar olmuşdu. Virciniya ştatında yanvar ayında 6 yaşlı şagird ibtidai məktəbə apardığı silahla müəllimini yaralamışdı.