Bütün tərəflərin iştirakı ilə Qara dəniz taxıl dəhlizi sazişi üzrə danışıqların sabah keçirilməsi planlaşdırılır.

"Unikal" xəbər verir ki, Ukrayna rəsmisi Reuters-ə açıqlamasında bildirib ki, "Danışıqlar sabaha planlaşdırılıb. Bütün tərəflərlə birlikdə. Ümid edirəm ki, nəticələr əldə olunacaq " .

Ötən ilin fevralında Ukraynanı işğal edən Rusiya Birləşmiş Millətlər Təşkilatının (BMT) vasitəçiliyi ilə keçən ilin iyulunda imzalanmış və mayın 18-də başa çatacaq taxıl müqaviləsini, özünün taxıl və gübrə ixracına dair tələblərini yerinə yetirməyincə uzadmayacağını bəyan edib. 

Rusiya Xarici İşlər Nazirliyi isə taxıl dəhlizi razılaşması ilə bağlı Ukrayna və Türkiyə ilə keçiriləcək görüş barədə məlumatı olmadığını açıqlayıb.