Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Bu barədə "Unikal"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada infeksiyaya 71 yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxmuş 75 nəfər isə sağalıb. Son sutka ərzində 1 nəfər koronavirusdan ölüb.

Eyni zamanda ölkədə son sutka ərzində 176 nəfər vaksinasiya olunub.